Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda dini ekstremist ədəbiyyat və digər maddi sübutlar götürülüb.
Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin cənubunda dini ekstremist təşkilatın gizli hücrəsinə qarşı əmliyyat keçiriblər. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Daxili İşlər Nazirliyinin Ekstremizmə qarşı mübarizə bölməsi Milli Təhlükəsizlik Komitəsinin köməyi ilə Kentau şəhərində "Hizb-ut-Təhrir" dini ekstremist təşkilatının (Rusiya Federasiyasında qadağan olunmuş) gizli hücrəsinin fəaliyyətinin qarşısı alınıb. Əməliyyat-axtarış tədbirləri zamanı qrup üzvləri tərəfindən terrorizm ideyalarının təbliği, habelə dini etiqadları təhqir edən və digər inanclı vətəndaşların alçaldılması faktları müəyyən edilib".
Hücrənin 10 üzvü saxlanılıb. Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda dini ekstremist ədəbiyyat və digər maddi sübutlar götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qrupun rəhbəri əvvəllər fəaliyyəti qadağan edilmiş dini ekstremist təşkilatın fəaliyyətində iştiraka görə məhkum olunub. Terrorçuluğun təbliği və dini ədavətin qızışdırılması maddələri ilə ibtidai istintaq aparılır.