Cazibədarlığın pik nöqtəsi nə vaxt yaşanır? Britaniyalı alimlər qadının ən gözəl yaş həddini müəyyən ediblər.
Belə ki, ən gözəl yaş 31-dir.
Məhz bu dövrdə qadın öz cazibədarlığının pik nöqtəsində olur.
Təbii gözəllik, özünə əminlik, illərin təcrübəsi onun cavanlardan daha gözəl görünməsinə təsir edir.
Bu nəticəni əldə etmək üçün minlərlə insan arasında sorğu aparılıb.
Sorğuda iştirak edənlərin 70 faizi özünə əminliyi cazibədarlığın əsas amili adlandırıblar. Bu isə öz növbəsində, qadını füsunkar edir. 47 faiz isə bu suala “öz stili” deyə cavab verib. Onların fikrincə, özünəməxsusluq istənilən qadının diqqət mərkəzində qalmasına kömək edir.
Tədqiqatçılar bu sorğu nəticəsində daha bir maraqlı faktın üstünü açıblar. Sən demə, şəhərdə yaşayan qızlar özlərinə daha çox əmin olurlar.
Regionlarda isə əminliyin faiz dərəcəsi nisbətən aşağı olur. Özünə inam isə 28 yaşdan sonra daha da güclənməyə başlayır.