Prezidentlərin geniş spektrli məsələləri, o cümlədən ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.
Rusiya prezidenti Vladimir Putin iki günlük dövlət səfəri ilə Qazaxıstana gedib.
Rusiya lideri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək. Danışıqlar qapalı və geniş formatda aparılacaq.
Prezidentlərin geniş spektrli məsələləri, o cümlədən ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir. Danışıqlardan sonra tərəflər bir sıra birgə sənədlər imzalayacaqlar.
Bundan əlavə, Putin qazaxıstanlı həmkarı ilə birlikdə Ufada keçiriləcək Rusiya və Qazaxıstan arasında XX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videobağlantı vasitəsilə müraciət edəcək.
Putin Astana səfərinin ikinci günündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak edəcək. Bu il assosiasiyaya Qazaxıstan sədrlik edir.