top of page

Moskva Azərbaycanla Ermənistan arasındakı razılaşmaların həyata keçirilməsində israrlıdır

XİN rəhbərinin müavini 2020-2023-cü illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əhəmiyyətini vurğulayıb.


Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün mümkün olan hər şeyi edirik və edəcəyik.


Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə deyib.


M.Qaluzin 2020-2023-cü illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əhəmiyyətini vurğulayıb.


"Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh sazişinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz, həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiya və demarkasiyasının, eləcə də Bakı və İrəvan arasında əlaqələrin artıq yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq" - o, bildirib.

bottom of page