top of page

Ermənistan yeni diplomatik oyuna başladı


Ermənistan prezidenti Armen Sarkisyan Qazaxıstana səfər edəcək.

Pressnews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iyunun 3-də başlayacaq səfərdə məqsəd Azərbaycanla sərhəd mübahisələrində bu türk respublikasının dəstəyini qazanmaqdır.

Sarkisyan səfər zamanı prezident Kasım Jomart-Tokayev və eks-prezident, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevlə görüşəcək.

Xatırladaq ki, Ermənistanla Qazaxıstan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdürlər.

bottom of page