top of page

Başağrısı problemi


Kompyuter arxasında iş, siqaret və insanın gündəlik qarşılaşdığı faktorlar damar xəstəliklərinə səbəb ola bilər. Bu, ilk növbədə, baş beynin damarlarına aiddir. Bu xəstəliklərlə bağlı olan statistikalar qorxuludur.

Belə ki, insanların 50 faizdən çoxu periodik olaraq beyin qan dövranının pozulması simptomları ilə qarşılaşır. Bu əlamətlərin arasında başağrısı da var. Amma çox adam bu ağrılara böyük önəm vermir və onların nəyə səbəb olacağını bilmir.

Bir çox hallarda baş ağrısını zehni yüklənmə və ya miqrenlə bağlayırlar. Amma o, beyin qan dövranı pozulmasının əlamətlərindən biri ola bilər.

Bu, damar xəstəliklərinin profilaktikası üçün həyəcan siqnalıdır.

Baş gicəllənməsi, qulaqlarda səs və bu kimi başqa əlamətlərdə həyəcan zəngi olmalıdır. Bunlar Beyinin Xroniki İşemiyasının (BXİ) başlamasının xəbərdarlığı ola bilər. Beyin damarlarını necə qorumalı? Adətən, başağrısı zamanı ilk iş ağrıkəsici preparatlardan istifadədir.

Bu müalicə isə heç şübhəsiz ki, ağrının səbəbini aradan qaldırmır. Əksinə, onlar çox hallarda kliniki fonu "örtür" və mütəxəssilərin daha tez diaqnoz qoymasını çətinləşdirir. Bunun üçün də müntəzəm baş ağrısından əziyyət çəkənlər və damar xəstəlikləri riski olan qrupa daxil olanlar müalicə ilə yanaşı, mütəxəssis müayinəsindən keçməli və BXİ profilaktikasında olmalıdırlar.

Bu profilaktik müalicə işləri bəzi dərmanlar, antidepresantlar vasitəsilə aparılır. Ancaq müalicədə önəmli yeri həm də qidalanma tutur.

Belə ki, rasiona B vitamini ilə bol qidalar daxil etmək lazımdır. Çünki onlar enerji istehsalında iştirak edir, həyəcan vəziyyətində sakitləşdirir, damarların fəaliyyətini yaxşılaşdırır, xəstəlik riskini azaldır. Müntəzəm fiziki iş, idman və ya təmiz havada gəzinti beyin damarlarının işini yaxşılaşdırır.

bottom of page