top of page

Baloğlan Əşrəfov Masallıda dəfn olunacaq


Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov sabah dəfn olunacaq.


Pressnews.az APA-ya istinadən xəbər verir ki, bu barədə şair Vüqar Əhməd məlumat verib.

O, B.Əşrəfovun bir saat əvvəl vəfat etdiyini bildirib:

"Təcili yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sabah səhər Masallıya aparılacaq, orada anasının yanında dəfn olunacaq".

Qeyd edək ki, koronavirusa (COVID-19) yoluxan 70 yaşlı müğənni ev şəraitində müalicə alırdı.

bottom of page