Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR - JURNALİST TƏHQİQATI
“Ailə kiçik bir dövlətdir” – boş yerə deyilmiş bir söz deyil. Bu gün ailə bağlarının qopmasına səbəb olan faktorlar çoxdur. Fikir ayrılıqları, qərarsızlıqlar, bir-birini başa düşməmək kimi problemlər ailə bağlarının qopmasına səbəb olur. Bu problemlər adi bir problem kimi görünsə də, əslində kiçik çatışmazlıqlar böyük problemlərə yol aça bilir. Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlər gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.Belə problemlə üzləşən şikayyətçi Şərifova Olqa Alekseyevna, Lənkəran şəhərində yaşayır, milliyətcə rus Azərbaycan vətəndaşı Şərifov Şakir Əliəşrəf oğlu ilə ailə həyatı qurub 1980-cı ildən Azərbaycanda yaşayır. 5 qız 1 oğlan anasıdır. Yoldaşı 1991-ci ildə avtomobil qəzasında həyatını itirib. Şikayyətçi Şərifova Olqa bizə musahibəsində bildirir ki, mənim qohumlarım yoldaşımın yas mərasiminə rusiyadan gəlib iştirak edəndən sonra məni və azyaşlı uşaqlarımı götürüb Rusiyaya aparmaq istəyirdilər, mən isə yoldaşımdan mənə əmanət qalmış körpələrimlə azərbaycanda qaldım. Altı uşağları təndirdə əllərimi yandırıb çörək bişirməklə, gəlinlər üçün yorğan-döşək sırımaqla, halal zəhmətlə boya başa çatdırdım. Azərbaycanda yaşadığım müddətdə millətçilik, irqçilik problemi yaşamamışdım, lakin 2009-cu ilin oktyabr ayında qızıma ilk gündən elçi gələn Baxşıyeva Simuzər Abdulla qızından eşitdiyim söz “rusun qızına elçi gəlməyə oğlum məcbur edib” Susanın onun oğlu Baxşıyev Əbülfəz Yusuf oğluna verməyə ailəmiz razı deyildi, çünki Əbülfəz barədə heç kəs müsbət rəy vermədilər, onun normal həyat tərzi sürməməsi barədə, onun 16 yaşından narkoman olduğunu bildirdilər, lakin Əbülfəz qızımı inandırmışdı ki, narkomanlığdan müalicə alıb, düzəlib, qızımda ona inanıb ailə həyatı qurmağa razı oldu, iki qızlarım və yeznələrim Lənkəranda onların toylarında iştirak etmədilər. Bizi aldadıb Bakıda toy edəcəklərinə vəd verib qızımın Lənkərandakı toy və cehizlik pulunu bizdən alıb gecəylə getdilər Bakıya. İlk gündən qaynanası Simuzərlə qızım arasında problemlər yaşandı.Üç ay belə gəlinini yola verməyən Simuzər heç bir toy və cehizlik almayıb o pulla oğlundan başın dinc saxlamaq üçün İsveçə yolladı. İsveçdən onları deport etdikləri üçün yenidən Bakıya qayıtdılar. 2011-ci ildə 234-cü maddə ilə narkotiklə əlaqədar Əbülfəzi həbs etdilər. İki otaqlı mənzilinə 14 İran vətəndaşını günə 50 manata evini kirayə verən Simuzərin bu hərəkətini görən qızım mənə zəng edib körpə iki aylıq Nərgizi götürüb gəlmək istədiyini bildirdi. Mən həmən ana Bakıya gedib qızımı həmən evdən götürüb Lənkərana gəldim. Əbülfəz həbsdən çıxandan sonra qızım yanvar ayında qayıtdı həmin evə. Qaynanası ilə münasibətlərin pis olması sonradan Baxşıyev Əbülfəz Yusif oğlu ilə münasibətlərin pisləşməsinə səbəb olmuşdur. Baxşıyev Əbülfəz Yusif oğlu qızımı incidərək həmişə onu döyərək, küçə söyüşləri ilə alçaldaraq təhqir edirdi. Qızıma verilən işgəncələrə bir ana kimi dözə bilmədiyimdən nəvəmi və qızımı gətirdim öz yanıma, 2012-ci ildən 2015-ci ilin avqust ayınadək onlar mənimlə birgə lənkəranda yaşadılar. Nəvəm mənimlə yaşadığı müddət heç bir dəfə belə nə ata öz övladıyla nədəki nənə öz nəvəsiylə maraqlanmadılar. Qeyd edim ki, onların bizdən uzaq olmalarını bizdə istəyirdik. Lakin, 2015-ci ildə Rusiyaya toya getdiyimiz üçün uşağa yol üçün razılıq ərizəsi lazım olduğundan, məcbur olub Əbülfəzdən razılıq ərizəsi istədik, lakin o razı olmadığı üçün, qızım məcbur olub onu məhkəməyə verdi uşağa aliment üçün iddia ərizəsi verdi.
Uşağ üçün aliment ödəməsin deyə 2015-ci ildə Baxşıyev Əbülfəzs Yusif oğlu gəlib qızımdan xahiş etdi ki, onu bağışlasın, bir daha onu incitməyəcəkdir, çünki müalicə alır. Anası onu İrana aparıb, narkomaniyadan müalicə elətdirir.
Ona görə qızım yenədə ona inanıb, Susana özü atasız böyüdüyü üçün istəmirdi qızı da atasız böyüsün, ailə dəyərlərini qoruyub saxlamaq üçün yenə də həmin ailəyə Bakı şəhəri, M.Qardaşları 20/20 ünvana qayıtmalı oldu.Lakin qızım onların evlərinə qayıtdıqda Simuzər və Əbülfəz qızıma qarşı aqresiyaların çoxaltmışlar, həmçinin mənim rus milləti olduğumdan qızımla millətçilik edirdilər. Qızıma hədə-qorxu gəlirdilər. Simuzərin təşkili ilə Əbülfəz az yaşlı Nərgizin gözü qabağında dəfələrlə qızımı bərk döyüb və bundan ürəyi soyumayıb qızımın qadınlıq ləyaqətini alçaldaraq zorla onun saçını qırxırdı, bu hərəkətlər onların evində dəfələrlə təkrarlanıb və qızımı otağa salaraq qapını üstüna bağlayırdılar. Daimə mənzilin qapısın bağlayıb açarı özlərində saxlayırdılar. Qızım onların belə hərəkətlərindən dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş, döyülməsiylə bağlı tibbi ekspertizadan keçmiş, qaynanası və ərinin izahatları alındıqdan sonra həmişə sərbəst buraxmışlar. Həmişə də qızımın qaynanası qızıma demişdir ki, “bura sənin üçün Avropa və Rusiya deyil, bura Azərbaycandır, mən şairəyəm, qızlarım İsveçdə yaşayırlar onların tanışı və pulu ilə mən işi bağlayacam, burada hamı mənim sözlərimə qulaq asır, siz russuz, sizi heç kim dinləməz”. Simuzər və onun oğlu Əbülfəs həmişə qızıma və bizim ailəmizə millətçilik etmişdir. Lakin qızım qaynanasının sözlərinə məhəl qoymamış və həmişə Azərbaycanda bütün millətlərin eyni hüquqa malik olmasına və bütün millətlərin qanun qarşısında bərabər olduğuna inanmışdır. Buna baxmayaraq onlar hərəkətlərinə davam edirmişlər və 2016-cı ildə azyaşlı uşağın gözü önündə Baxşıyev Əbülfəs Yusif oğlu anası Simuzər Abdulla qızının təhriki ilə qızıma zor tətbiq edərək zorla onun saçlarını kəsmişlər. Bu hərəkətlər dəfələrlə olmuş, nəhayət 2017-ci ilin fevral ayında onlar qızım Susannanı bərk döymüşlər və bundan ürəkləri soymuyaraq dostlarının yanında onun qadınlıq ləyaqətini alçaldaraq zorla qızımın başını qırxmışlar və onu otağa salaraq qapını üstünə bağlamışlar. Baxşıyev Əbülfəs Yusif oğlu anası ilə qızımın huşunu itirməyini görüb, zənn eləmişlər ki, birdən o, ölər. Ona görə də onlar qapının açarını qapının üzərində saxlamış və başları yemək yeməyə qarışdığından qızım 24 fevral 2017-ci il tarixdə qapını açıb, bir təhər evdən qaçmış və taksi ilə Lənkərana, bizim evimizə gəlmişdir. Həmin vaxt uşaqlar o ünvanda qalmışdır. Onlar qızıma və mənə hədə-qorxu gəlib, deyirlər ki, əgər evə qayıtmasan balaca uşağı atacayam. Bu sözləri bizə Baxşıyeva Simuzər Abdulla qızı telefonda deyirdi. Əbülfəz də bizə hədə-qorxu gəlirdi və üstümüzə bir neçə adam göndərirdi. Sonra qızım uşaqları onlardan almaq üçün Azərbaycan Respublikasının bütün instansiyalarına məktub yazdı, iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə və bundan əlavə Nəsimi rayon 22 saylı Polis Bölməsinə müracit etmişdir. Lakin polis bölməsində qızımın və azyaşlı uşaqları müdafiə etmək əvəzində onlar Simuzərə və Əbülfəz məlumat vermişlər ki, Susana sizdən şikayət edir, gəlin onu aparın Polis bölməsində qızımı zorla məcbur etmişlər ki, barışıq ərizəsinə imza etsin və bir neçə gündən sonra qızımın adından təşəkkür teleqramı vurmuşlar.Buna baxmayaraq Simuzər və Əbülfəz öz çirkin əməllərindən əl çəkmədilər.Onlar uşaqlrı qızımdan alıb Əbülfəzlə İsveçrədə yaşayan Əbülfəzin bacılarının yanına aparmaq niyyətləri olub. Çünki Simuzər deyirdi uşaqları yollayacam isveçə, orada dövlət yaxşı pul verir uşaqlara. Əbülfəzdə heç vaxtı heç yerdə işləmədiyi üçün o pullarla dolanır.Əbülfəz 2014-cü ildə Rəna adlı bir qadından 5000 min dollar alıb onunla rəsmi nigah bağlamışdır. Qızım o evə qayıdandan sonra bunu biləndə Əbülfəzdən o qadından ayrılmağını deyəndə, Rəna adlı qadın bildirmişdi Əbülfəz gətirsin pulumu qaytarsın.15 may 2017-ci ildə az yaşlı Nərgizin gözü önündə, Simuzər və Səid adlı iran vətəndaşının iştirakı ilə Əbülfəz Susananı yenədə vəhşicəsinə döyüb, alnını bıçaqla yaralayı, zorla saçını kəsib bıçaqla üstünə hücum çəkdiyini görən Susana qapının açarlı olduğunu bilib, çıxış yolunu balkona çıxıb kömək istəməkdə görüb, lakin balkona çıxmağını görən Simuzər birazda qızımın üstünə gəlib. Qızım çıxıb balkonun bu üzündə 10 dəqiqədən çox qalıb, qızım balkonda olarkən alnından qan gəlirdi. Əbülfəz bilib qızım bu səfər polisə getsə onun anasının sözü artıq keçməyəcək. .çünki DİN-nə polislərin və Simuzərin təşkili ilə Susananın adından saxta təşəkkür teleqramı vurmuşdular. Simuzərin təşkili və iştirakı ilə. Simuzər Nərgizi gətirir bilərəkdən qızımın fikrini yayındırmaq üçün. Əbülfəzdə bıçaqla gəlib qızımın ayagından vurur, qızımın ayağı düşür, lakin özündə güc toplayıb dizini qaldırır qoyur balkonun qırağına. Əbülfəz isə dayanmadan zərbələrin vurur. Qızımı vəhşicəsinə öldürür.Biz qızımın ölüm xəbərini 5 saatdan sonra internet saytlarından bildik, qızımı morqa atıb getmişdilər. Qızımı morqdan götürüb Lənkəranda atasının yanında dəfn etdik.Vaxtında hüquq mühafizə orqanları qızımın hüquqların qorusaydılar bu gün bu faciəni mən və qızımın iki azyaşlı körpələri Nərgiz və Nəzrin anasız qalmazdılar. Nəsimi rayon prokurorluğu və müstəntiqi bu cinayət işini qeyri-obyektiv aparır. Onlar qızımın qətlini “intiharla” şərləyir.17.05.2017-ci il tarixdə Baxşıyev Əbülfəz Yusif oğlunu AR CM-nin 125 maddəsiylə sanksiya ilə 3 aylıq həbs ediblər, 2 ayda həbsi uzadıblar, Nəsimi 20 saylı polis bölməsi deyir Susana şikayət etməyib, əgər etməyibsə bəs təşəkkür teleqramın niyə Susananın adından vurublar?Mənim nəvələrimi məndən gizlədirlər, sanki cinayətkar Simuzər və Əbülfəz deyil, necə ola bilər ki, körpəni ana südündən ayıran kəslərdə uşaqları saxlamaq. Onların ücbatından qızım vəfat edib. Mən Azərbaycan Respublikasının bütün mühafizə orqanlarına müraciət, şikayət etmişəm.Amma kimsə humanistlik göstərib uşaqları anasız qoyanlardan, qatillərdən alıb mənim sevgimə və himayəmə verməyə kömək göstərmir. Necə ola bilərki bir qadının ücbatından körpələri anasız qoyan bir kəsdə uşaqlar qala?Hörmətli Mehriban xanım!Bütün bunlardan sonra ümidim Sizə qalıb. Mənə yardım edib-etməməyinizdən asılı olmayaraq Sizə minnətdarlığımı bildirir və xahiş edirəm ki, vaxt ayırıb məni qəbul edəsiniz”. Övaldının vəhşicəsinə qətlə yetirildiyini deyən Olqa Alekseyevna sonda millət vəkilinin diqqətinə çatdırıb ki, müvafiq qurumların rəhbərlərinə dəfələrlə müraciət etməsinə baxmayaraq, səsinə səs verən, problemi ilə maraqlanan yoxdur. Bu səbəbdən də böyük ümid bəslədiyi Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban Əliyevadan səbirsizliklə cavab gözləyir.
Cinayyət işinin bağlanmağında əlbir olmuş bir qrup şəxs barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə JURNALİST TƏHQİQATI aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. Bu məsələ ilə əlaqədar olaraq dövlətimizin rəsmi qurumlarımızdan araşdırmamıza yardımçı olmağı xahiş edirik.Məqalədə adları çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətlərini dinləməyə hazırıq....(təfərrüatı növbətı məqaləmizdə)(Yazdıqlarımızın faktını təsdiq edən İZAHLI VİDEO materialı tezliklə sizə təqdim edərik.) Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. Təqdim etdiyimiz faktlarla dövlət qurumlarının bu problemli məsələyə ciddi davranacağına ümid edirik.Problemin varlığını və eləcədə bütünluklə bu məsələləri diqqətimizdə saxlayacağıq.XƏBƏRİ HAZIRLADI ARAŞDIRMAÇI - JURNALİST YAZAR EMİN RAMAZANOVXƏBƏRİN ARDI VAR !!!