top of page

"Bələdiyyələr hər avtomobildən əmlak vergisi alsınlar" - Deputatdan təklif

Elşad Musayev bildirib ki, bələdiyyələrə imkan vermək lazımdır ki, işləsinlər. Zibil daşımağı belə bələdiyyənin əlindən almışıq.

"Dövlətin üzərinə düşən yükü azaltmaq lazımdır. Bunun üçün bələdiyyələrə imkan vermək lazımdır ki, işləsinlər. Zibil daşımağı belə bələdiyyənin əlindən almışıq". Bunu Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Elşad Musayev deyib.

Deputat bələdiyyələrlə bağlı daha bir təklif irəli sürüb:


"Bir təklif də vermək istərdim. Məsələn, bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək və bələdiyyələrə imkan verək ki, hər avtomobildən ildə 10 manat əmlak vergisi alsın".


Fiziki şəxslərin əmlak vergisi


Xatırladaq ki, xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bina) olan fiziki şəxslər, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.


Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinə görə bina insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.

Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir.

Cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir.

bottom of page