ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib
Bayden administrasiyası “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə Konqresi məlumatlandırıb.
Baydenin qərarıyla Amerikanın Azərbaycana birbaşa yardımına yenidən icazə verilib.
Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycana Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.
apa.az