Gələn il orta aylıq əməkhaqqı 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.
2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub:
▪️minimum əməkhaqqı 400 manat olacaq.
▪️412 mindən çox keçmiş məcburi köçkünə 280,1 milyon manat vəsait ayrılacaq.
▪️onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq .
▪️təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
▪️səhiyyə xərcləri üçün 1999,4 milyon manat vəsait nəzərdə tutulub.
▪️icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq.