Dietoloqlar maraqlı araşdırma aparıblar. Pressnews Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mütəxəssislər vaxtilə zərərli bilinən, amma insan orqanizmi üçün heç də ziyanlı olmayan 10 məhsulun adını açıqlayıblar.
Siyahıda birinci yumurta gəlir. Mütəxəssislər bildirir ki, insan hər gün yumurta yeməlidir. Yumurtanın tərkibində B12 vitamini və orqanizm üçün xeyirli mikroelementlər var.
Kərə yağı da yeyilməli qidalar siyahısındadır. Yağın və südün içində olan yağlar maddələr mübadiləsinə təsir edir.
“Ağ ölüm” adlandırılan duz da xeyirli məhsuldur. Duz insan orqanizmi üçün, hüceyrələr üçün əhəmiyyətlidir. Dietoloqlar cörək yeməyi də məsləhət görür. Karbohidratların insan üçün önəmli olduğu deyilir.
Kartof və paxlalı bitkilərdən də imtina etmək qəti olmaz. Paxlalı bitkilər ürək, qan-damar sistemi üçün xeyirlidir.
Amma bu qidalardan həddən artıq istifadə etmək olmaz. Onlar xeyirli olduqları qədər də, zərərlidirlər.