top of page

Almaniyada koalisiya danışıqları uzadılıb

Almaniyada “böyük koalisiya”nın yaradılması ilə bağlı danışıqların müddəti fevralın 6-dək uzadılıb. Tərəflər fevralın 4-də yekun razılaşmanı əldə edə bilməyiblər. Kansler Angela Merkelin mühafizəkarları ilə sol mərkəzçi Sosial Demokratlar yeni hökuməti qurmağa, bununla da yeni seçkinin keçirilməməsinə çalışırlar. Yeni seçki keçirilərsə, ifrat sağçıların parlamentdə daha çox yer qazanmaq şansı var. Sosial demokratların baş katibi Lars Klinqbeil deyib ki, tərəflər fevralın 6-da yenidən görüşməyə razılaşıblar. Onun sözlərinə görə, bəzi məsələlərlə bağlı məsafə qalır və partiyalar daha geniş müzakirələr aparmaq istəyirlər. Rəsmilərin sözlərinə görə, razılaşmanın əldə olunması üçün səhiyyə və əmək siyasəti ilə bağlı əsas məsələlər razılaşdırılmalıdır. Merkel də “vacib məqamlar”ın aydınlaşdırılmalı olduğunu söyləyib.

bottom of page