top of page

Hər gün 25 polis videosu daxil olur - Polkovnik


Gün ərzində 20-25 sürücü polisin ona qarşı kobud hərəkət etdiyini göstərən video-görüntülərlə polisə müraciət edir. Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verdiyi geniş müsahibədə bildirib. V.Əsədov qeyd edib ki, müraciət edənlərin əksəriyəti təqdim etdikləri videonun polisdə olan tam versiyasına baxdıqdan sonra şikayətlərini geri götürürlər: “Təxminən gün ərzində 20-25 nəfər bununla əlaqədar müraciət edir. İnanın ki, onların arasında özünün dedikləri ilə bizim göstərdiyimiz faktları gördükdən sonra utananlar, üzr istəyənlər də olur. Vətəndaş bizə yaxınlaşır ki, yol polisi əməkdaşı məni söydü, təhqir elədi və bu da görüntü. Biz deyirik ki, indi gəlin, bizim görüntümüzə baxın. O görüntü ilə bu görüntünü tutuşduranda vətəndaş öz səsini eşidir, öz görüntüsünü görür və müraciət edənlərin böyük əksəri şikayəti geri götürmür”. V.Əsədovun sözlərinə görə, vaxtilə "əlimdə fakt var" deyib gün ərzində orta hesabla 50-55 vətəndaş müraciət edirdisə, indi onların sayı 20-25-ə düşüb: “Səbəb şikayət edən vətəndaşların iştirakı ilə onlara əldə edilmiş görüntülərin göstərilməsidir. Bəziləri başa düşürlər ki, daha yalan deməyin yeri yoxdur, gedir və gəlmir, üstəlik, təbliğat da aparır ki, artıq elə bir texnika var ki, yalan danışmaq mümkün deyil”.

bottom of page