top of page

Səudiyyə Ərəbistanı buna qadağa qoydu


Səudiyyə Ərəbistanı müsəlmanların müqəddəs hesabt etdiyi Kəbədə foto və video çəkməyə qadağa qoyub.

Pressnews.az xəbər verir ki, qadağa zəvvarlarla yanaşı media nümayəndələrinə də aiddir.

Son dövrdə müqəddəs torpaqlarda “selfie” çəkmək, canlı bağlantılar qurmaq çox yayılıb, hətta bəzi ziyarətçilər Kəbədə etdikləri surpriz evlilik təkliflərini sosial mediada paylaşıblar.

Ər-Riyad qadağaya əməl etməyənlərin cihazlarını müsadirə edəcəklərini və haqlarında hüquqi proses başladacaqlarını açıqlayıb.

Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi Məkkə və Mədinəyə zəvvar göndərən ölkələrdən vətəndaşlarına bu barədə xəbərdarlıq etməsini istəyib.

Qeyd edək ki, foto və video çəkməyə qoyulan qadağa Məkkə şəhərində yerləşən Məscidül-Həram (Kəbə) və Mədinə şəhərindəki Məscidül-Nəbi məscidinin içərisinə və ətrafına aiddir.

bottom of page