top of page

Azərbaycanın cənubunda güclü zəlzələ, 200-dən çox ölü


İranda ötən gün baş verən zələzlə qurbanlarının sayı sürətlə artır. Son məlumata görə, ölü sayı 200-ü ötüb. Şəhərlərdə onlarla bina dağılıb. Dağıntılar altında qalanlar olduğu üçün ölü sayının da artacağı istisna edilmir. Yaralıların sayı isə 1600 nəfərə çatıb.

Saat 08:17

Noyabrın 12-də axşam saatlarında İranın İraqla sərhəddində güclü zəlzələ baş verib. Pressnews.az-in məlumatına görə, yeraltı təkanların gücü 7,2 bal olub.

Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində 141 nəfər ölüb, 130-dan artıq insan isə yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonrakı bir neçə saat ərzində bölgədə 12-dən çox təkrar yeraltı təkanlar qeydə alınıb. Ən çox ölüm faktı da məhz Kirmanşah və İlam vilayətlərində qeydə alınıb.

Zəlzələ ilə bağlı böhran mərkəzi yaradılıb. Ölkə prezidenti Həsən Ruhani də zərərçəkənlərə bütün lazımi köməyin göstərilməsi barədə tapşırıq verib. Fəlakət zonasında çox sayda xilasedici çalışır.

Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, təbii fəlakət nəticəsində 70 mindən çox iranlı evsiz qalıb. Onların müvəqqəti sığınacaqlara ehtiyacları yaranıb.

Təkanlar İranla yanaşı 6 ölkədə - İraq, Türkiyə, Azərbaycan, Suriya, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri hiss edilib.

bottom of page