top of page

İçində şahzadə və məmurlar olan helikopter qəzaya düşdü VİDEO


Helikopterdə olanların hamısı ölüb

Səudiyyə Ərəbistanda içərisində yüksək rütbəli dövlət xadimlərinin də olduğu helikopter qəzaya usğrayıb. Məluma görə, hadisə barədə “Əl Cəzirə” telekanalı xəbər yayıb.

İlkin məlumata əsasən, Yəmənlə sərhəddə qəzaya uğrayan helikopterdə 9 nəfər olub. Sərnişin və pilotların öldüyü ehtimal edilir. Onların arasında şahzadə Mənsur bin Mukrin və Əsir şəhərinin polis rəisi də olub.

Ölkənin Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə sözcüsünün məlumatına görə, artıq helikopterin qalıqları tapılıb. Hadisə yerində xilasedicilər çalışırlar.

Məmurlar ötən gün axşam saatlarında Əsir bölgəsində, Ebha şəhərində sahil zolağında aparılan işlərin nəticələrinə baxmaq üçün adıçəkilən rayona gediblər. Qayıdanda isə helikopterlə əlaqə itib.

bottom of page