Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın "Velikiy Novqorod" sualtı qayığı Aralıq dənizindən Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terror qruplaşmasının vacib hesab edilən mövqelərinə və obyektlərinə "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib. "Raket atəşi nəticəsində Deyr-əz-Zor əyalətinin Əbu-Kəmal yaşayış məntəqəsi yaxınlığında İŞİD terrorçularının idarəetmə məntəqələri, iri silah-sursat anbarı, zirehli texnikası məhv edilib", - Rusiya Müdafiə Nazirliyindən deyilib.