Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu günə planlaşdırdığı mitinqin təhlükəsizliyini həmişəki kimi təmin edəcək. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib. O bildirib ki, DTX-nın məlum əməlliyyatları, mitinqdə terror aktının törədiləcəyi ilə bağlı yayılan məlumatlar onların təhlükəsizlik planlarında hər hansı bir dəyişiklik yaratmayacaq: “Polis onsuz da hər mitinqdən öncə həmin ərazini yüksək səviyyədə nəzərdən keçirirdi. Bu dəfə də elə olacaq. Yəni təhlükəsizlik tədbirləri əvvəl necə nəzərdə tutulmuşdusa, elə həmin şəkildə həyata keçiriləcək”.