ABŞ-ın dövlət katibi Reks Tillerson əvvəlcədən xəbər verilmədən İraqa gəlib. Tillerson Bağdada oktyabrın 23-də gecə, İran məsələsini, Kürdüstan referendum hərəkatını və İŞİD-in məğlubiyyətindən sonra İraqın yenidən qurulması və bərpasını müzakirə etmək üçün gəlib. O, İraqın baş naziri Heydər əl-Abadi, eləcə də İraqın milliyyətcə kürd prezidenti Fuad Masumla da görüşüb. Bəzi təhlilçilər deyirlər ki, Tillersonun bu görüşlərdə İraqın ərazi bütövlüyünə dəstək verəcəyi gözlənilir. Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, İraqın şiə hökuməti, Bağdadın İŞİD üzərində qələbəsinə kömək etmiş və İran tərəfindən dəstəklənən silahlıların evə göndərilməsinə dair ABŞ dövlət katibi Reks Tillersonun çağırışını rədd edib. İraq baş nazirinin administrasiyası tərəfindən verilmiş bəyanatda deyilir ki, heç bir tərəfin İraqın daxili işlərinə qarışmaq haqqı yoxdur. Bəyanatda baş nazirin özünə yox, ona yaxın mənbəyə istinad edilir.
Yeri gəlmişkən, ABŞ dövlət katibi Tillerson Dohada keçirilən mətbuat konfransında Qətər və Körfəz ölkələrini anlaşılmazlıqları aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, ABŞ diplomatik səylərə yardım etməyə hazırdır, amma həllə müdaxilə etməyəcək. Qətər Körfəz dövlətləri və Misir tərəfindən İranla əməkdaşlıqda itiham edilir. İran İraq və Suriyada İslam Dövlətinə qarşı döyüşən hərbiçiləri dəstəkləyib.