Səudiyyə Ərəbistanının mərkəzi hissəsində, Xayrat Xaybar əyalətində təxminən 400 sirli struktur aşkar edilib. Alimlərin aydınlaşdırmalarına görə, onlardan bəzilərinin "cəhənnəm darvazaları" adlandırdıqları bu tikililər 9 min il əvvəl yaradılıb. İlk öncə sputnikdən çəkilən şəkillərlə aşkar edilən bu tikililərin ətrafında heç bir bitki yoxdur. Ehtimal ki, böyük vulkan püskürməsi nəticəsində orada canlı həyat tamamilə məhv olub.
Güman edilir ki, aşkar edilmiş tikintilər planetdə ən qədimlərdən biridir. Onlar ciddi konstruksiyaya malikdirlər və bərk növ materialdan tikiliblər. Amma tikililərin tətbiqinin üsulları haqda ekspertlər hələ ki, heç nə deyə bilmirlər. Maraqlıdır ki, geniş "darvazaların" ətrafında xırda tikintilər də aşkar edilib ki, bu da alimlərin ilkin rəyinə görə, çox qədimdə heyvanlar üçün nəzərdə tutularaq tikilibmiş.