Fransada Limojedə naməlum şəxslər parklanma ərazisində olan 20-dən artıq avtomobili yandırıblar. Məlumata görə, parklanma ərazisi Fransanın "Enedis" şirkətinə aid olub.
Şirkətdən veriln məlumata görə, yanan avtomobillərin konkret sayı 21-dir. Məlumata görə, yanğın nəticəsində şirkətin qapılarına da ziyan dəyib.
Bildirilir ki, "Enedis" şirkəti insidentlə bağlı artıq polisə müraciət edib.
Hadisə ilə bağlı araşdırma başlayıb.