top of page

Mingəçevir sakini Bakıda dəm qazından boğulub

Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Cəbrayılova Rahilə Məhəmmədiyə qızı Bakıda hamamda dəm qazından boğulub.

Rahilə Cəbrayılova Bakıda, 20 Yanvar küçəsində kirayədə yaşayan qızının ad gününə gedibmiş. O, hamamda kustar üsulla quraşdırılan su qızdırıcısında baş verən nasazlıq səbəbindən, yaranan dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Mərhum Mingəçevirdə əczaçı kimi çalışıb. Faktla bağlı araşdırma aparılır.

bottom of page