Bir neçə gün bundan əvvəl Şimali İraqın Zap bölgəsində türk əsgəri 26 yaşlı İlhan Sezer şəhid olub. Türkiyə mətbuatı şəhid hərbiçi ilə bağlı tükürpədən məlumat yayıb.
Hələ 8 günlük evliykən şəhid olan hərbiçi İlhan Sezerin vəsiyəti ilə məzarı üzərinə çox sevdiyi həyat yoldaşının bəyaz gəlinliyi örtülüb.
O sonuncu dəfə həyat yoldaşıyla danışarkən "Əgər şəhid olarsam gəlinliyini məzarıma ört” deyib.
Şəhidin bu vəsiyyəti hər kəsi göz yaşına boğub.