top of page

BMT rəsmisi Sarkisyanın dediklərini yalanladı


“Əgər ciddi tədbir görülməsə və vəziyyət bu cür qalsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı maksimum 2,5-2,6 milyona çatacaq”. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali fondunun erməni ofisinin icraçı nümayəndəsi Qarik Hayrapetyan jurnalistlərə bildirib.

Hayrapetyan açıqlaması ilə Ermənistan prezidenti Serj Sarkisyanın diaspora konfransındakı çıxışını (2040-ci ildə Ermənistanın əhalisinin sayı 4 milyona qədər çatacaq – Sarkisyan deyib) tamamilə yalanlayıb.

bottom of page