top of page

Rakka şəhəri İŞİD-dən tam azad edildi


İŞİD terror təşkilatının əsas istinadgahı olan Suriyanın Rakka şəhəri ekstremistlərdən tam olaraq azad edilib.

TASS xəbər verir ki, bu barədə cümə günü "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, quldur qruplaşmalarının sağ qalmış üzvləri "Azad Suriya Ordusu" silahlı koalisiyasının dəstələrinə təslim olublar.

Rakkanın azad olunmasına iyunun 6-da başlanılıb. Əməliyyatlarda "Azad Suriya Ordusu"na ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri havadan dəstək verib.

bottom of page