top of page

Zehni məşqlər: mürəkkəb ailə münaqişələri


Bu bizim "Zehni məşqlər" silsiləsindən sonuncu tapmacamızdır.

Tapmaca kifayət qədər çətindir.

Uğurlar!

Tapmaca 20

Əgər iki kişi bir-birinin anasına evlənirsə, o zaman bu evlilikdən olan oğullar bir-birinin nəyi olurlar?

Cavab

Onlar bir-birinin qardaşı oğlu və eyni zamanda əmisi olurlar.

Güman edək ki, Alex və Ben var. Alex Ben-in anasıyla evlənir, Ben isə Alex-in anasıyla.

Bu nigahdan isə Sam və Tom doğulur. Sam-in anası həmçinin Ben-in anasıdır, ona görə də onlar yarı qardaşdılar.

Çünki, Tom Sam-in ögey qardaşının oğludur və Tom və Sam qardaşoğludurlar.

Lakin Sam-in atasının ögey qardaşı Tom olduğuna görə, Tom həmçinin Sam-in əmisi olur.

Qohumluq əlaqələri daha çox çaşdırıcı olacaq, əgər biz diqqət etsək ki, Ben-in anası Alex-in anasının qaynanasıdır və buna uyğun olaraq Alex-in nənəsidir.

Alex Ben-in anasıyla evli olduğuna görə, belə çıxır ki, o öz nənəsiylə evlidir. Və burdan belə nəticə çıxır ki o həm də özünün babasıdır.

Bütün tapmacalara buradan baxmaq olar.

Tapmaca Saint Andrews universitetindən J.O Connor və E.F.Robertson tərəfindən hazırlanıb.

bottom of page