top of page

Macarıstan Ukraynaya sanksiya hədəsi


Budapeşt Ukraynanın “Təhsil haqqında” qanununun ləğv edilməsinə çalışacaq. Bunu jurnalistlərə açıqlamasında Macarıstan Xarici İşlər naziri Pyotr Siyarto söyləyib. Onun sözlərinə görə, Ukrayna bu qanuna düzəlişlər etməsə, o zaman Macarıstan Avropa İttifaqından Ukraynaya qarşı sanksiyalar tətbiq edilməsini istəyəcək: “Xaricdəki macarların taleyi Budapeşt üçün sövdələşmə predmeti daşımır. Biz sona qədər bu qanunun ləğvinə çalışacağıq. Bu məsələdə heç bir kompromis olmayacaq”.

Qeyd edək ki, bundan öncə Ukrayna ölkədəki macarların Ukrayna dilində təhsil almasını icbari edən qanun layihəsi qəbul edib.

bottom of page