BBC-nin mükafatlar qazanan 100 Qadın mövsümü yenidən başlayır və yeni nailiyyətlər əldə edib. Hazırda 60 qadının adı açıqlanıb. Onların arasında NASA astronavtı Peggy Whitson, Çilinin prezidenti Michelle Bachelet və İngiltərə futbolçusu Steph Houghton var.
Qalan 40 nəfərin adı oktyabr ayında mövsüm ərzində açıqlanacaq.
Bütün dünya boyu qadınlara təsiri olan mövzuları işıqlandıran İllik mövsüm bu il qadınları dəyişiklik etməyə çağırır.
Siyahımızda həmçinin tamaşaçı şair Rupi Kaur, turşu hücumu qurbanı Reshan Khan və rəqqasə və televiziya ulduzu Jin Xing də var.
Bir çox sahələrdə qadınların nisbətən aşağı təmsil edilməsi, onlara qarşı təcavüz və bərabərsizlik barədə saysız və hüdudsuz görünən hekayə və xəbərlərin əzici və gücsüzlük təəsüratı yaradan təsiri var.
Ona görə bu ilin sezonu üçün biz qadınlardan xahiş edirik ki, bu barəbərsizliklərə qarşı mübarizə aparmaq üçün yeniliklər icad etsinlər.
Beşinci ilində 100 Qadın dörd problemə nəzər salacaq: peşə baryeri, qadın savadsızlığı, ictimai yerlərdə təcavüz və idmanda cinsi ayrı-seçkilik.
100 Qadın siyahısındakı qadınların bəziləri oktyabr ayı boyunca dörd fərqli şəhərdə birlikdə işləyərək bu problemlərlə üzləşənlərə kömək etmək üçün yeni bir cözüm tapmağa cəhd edəcəklər.
Digərləri dünyanın hər küncündən qadınları ilhamlandırıb dəstəkləyəcəklər.
Qalan 40 nəfərin adı oktyabr ayında, öz ideya və təcrübələrini paylaşmaq istəyən qadınlar layihəyə qoşulduqdan sonra əlavə ediləcək.
100 Qadın layihəsinin öz hədəfinə çatması üçün, dünya boyunca qadınlar, bu problemlərin mövcüdluğu və əhəmiyyətini göstərməlidirlər.
Çünki bununla onlar gördükləri əla bir ideyanı paylaşmış olurlar. Ya da ki, özləri yeni bir çözümü aşkar edirlər.
Layihə sadəcə ideyalardan ibarət deyil. Bu mövsüm ərzində 100 Qadın internetdə, sosial şəbəkələrdə və radioda müzakirələr də təşkil edəcək.
Peşə baryeri probleminin çözümü San Francisco şəhərində, qadın savadsızlığı Delhi şəhərində, ictimai yerlərdə təcavüzə Londonda (Nayrobidə yerləşən bir komandanın köməyilə) və idmanda cinsi ayrı-seçkilik ətrafında müzakirələr Rio de Janeyro şəhərində müzakirə ediləcək. Lakin bu müzakirələr qlobal səviyyədə olacaq və biz qadınların bu müzakirələrə dünyanın hər bir yerindən qoşulmasını istəyirik.
"2015-ci ildə qadınlar 30 ölkədə, 10 dildə, 150 debat təşkil etmişdilər. 2016-cı ildə könüllülər layiq olan, amma kifayət qədər diqqət qazanmayan 450 qadını Vikipediyaya əlavə etdilər. İndi 2017-ə isə biz insanların layihədəki iştirakını tam yeni yüksək bir səviyyəyə qaldırırıq", 100 Qadın layihəsinin direktoru Fiona Crack deyir.
"Bu istedadlı 100 Qadının hansı çözumlər aşkar edəcəyini və bu problemlərin həllinə bir ay ərzində nail olub-olmayacaqlarını gözləmək çox həyacanvericidir."
Qadınlar tərəfindən kəşf edildiyini bəlkə də bilmədiyiniz doqquz ixtira barədə özünüzü indidən ilhamlandırmağa başlaya bilərsiniz.
Bizimlə sosial şəbəkələrdə və ya aşağıdakı formanı dolduraraq əlaqə saxlayın. Siz bizi Facebook, Instagram və Twitter-də tapa bilərsiniz. #100Women həştəqindən istifadə etməyi unutmayın!