Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində son iki sutka ərzində Suriyada İŞİD-in yeddi səhra komandiri öldürülüb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, zərbələr İŞİD-in Fərat çayının şərq sahillərində yerləşən mövqelərinə endirilib.
Onun sözlərinə görə, öldürülən səhra komandirləri arasında Qazaxıstan əsilli Əbu İslam əl-Qazaxi də var. Əbu İslam əl-Qazaxi İŞİD-in Fərat vadisindəki silahlı qruplarına rəhbərlik edib.
Yeri gəlmişkən, Rusiya aviasiyasının endirdiyi zərbələr nəticəsində Fərat çayının şərq sahillərində 300-dən çox terrorçu öldürülüb. Bu barədə də İqor Konaşenkov informasiya verib: “Son 2 gün ərzində Rusiya aviasiyası Fərat çayının şərq sahillərində terrorçuların məhv edilməsi sahəsində əməliyyatları davam etdirib.
Bu müddət ərzində 304 terrorçu məhv edilib, daha 170-i isə ağır yaralanıb”.