Qadın və 6 yaşlı qızı keçmiş sevgilisi tərəfindən qətlə yetirilib.
PressNews.Az Milliyyet.com-a istinadən xəbər verir ki, Zeliha Ç. sevgilisi Mehmet M.-dan ayrıldıqdan sonra kişi onu narahat etməyə başlayıb. Mehmet M. qadını davamlı olaraq izləyib, evini daşqalaq edib. Bundan narahat olan qadın polisə müraciət edib və şəxsi mühafizəçi tələb edib.
Bütün bunların sonu faciə ilə nəticələnib. Belə ki, dünən qızını məktəbə aparan qadın keçmiş sevgilisi tərəfindən silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində 6 yaşlı Zeynəb dünyasını dəyişib, anası isə ağır yaralanıb.
Qeyd edək ki, Zeliha Ç. və Mehmet M. hər ikisi evli olub. Onlar həyat yoldaşlarından ayrılmağa qərar veriblər və ötən ildən birlikdə yaşamağa başlayıblar.
Lakin 10 gün öncə Mehmet M.-nin boşanmaq fikrindən daşınması sevgililər arasında mübahisəyə səbəb olub. Qadın qızını da götürərək birlikdə yaşadıqları evi tərk edib.