FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:23-də başa çatıb.