top of page

Ermənilər üç səfirliyimizə hücum etdi


Azərbaycanın bəzi səfirliklərinin internet ünvanları xaker hücumlarına məruz qalıb. Bunu ANS PRESS-ə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Belçika, Hollandiya və Qətərdəki səfirliklərimizin internet ünvanlarına 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumları edilib. "Qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edildi. Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı tez-tez həyata keçirilir."- deyə xidmət rəhbəri bildirib. Hikmət Hacıyevin sözlərinə görə, Ermənilər vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini qəsdən kobud şəkildə pozur, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşir. Diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını “kompensasiya” etməyə cəhd göstərir. Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları “host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir", - deyə XİN rəsmisi əlavə edib.

bottom of page