top of page

5 ölkədən Xəzərlə bağlı mühüm qərar


033.jpg

Xəzəryanı ölkələr parlamentlərarası assambleya yaradır. ANS PRESS-in məlumatına görə, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri avqustun 12-də Həştərxanda Xəzər parlamentlərarası assambleyasının yaradılmasını müzakirə edəcəklər. Bu barədə "Təmiz dənizlər" beynəlxalq ekoloji fondunun rəhbəri Vasili Boqoslovski açıqlama verib. Onun sözlərinə görə, parlamentlərarası assambleyanın yaradılması ideyası təqdim olunacaq, müvafiq təkliflər Xəzəryanı ölkələrin parlament nümayəndə heyətlərinə veriləcək: "Assambleyanın əsas məqsədi komissiya səviyyəsində nail ola bilmədiyimiz mürəkkəb məsələlərin üzərində daimi işləməkdir". Qeyd edək ki, hər il avqustun 12-də Xəzər Günü qeyd edilir.

bottom of page