Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayev məhkəmə cinayətini etiraf edib. ANS PRESS-in məlumatına görə, Dadayev qətlin motivlərindən danışıb. Onun sözlərinə görə, müxalifətçi öz antiislam çağırışlarına görə, cavab verib. Rusiya mətbuatında yer alan məlumata görə, qətldə ittiham edilən şəxs Nemtsovun Rusiyadakı müsəlmanlar, Məhəmməd Peyğəmbər, ümumiyyətlə İslam haqqında dediklərinin ona xoş gəlmədiyini qeyd edib. Nəticədə "dərin inanclı" insanlar onu cəzalandırmaq qərarına gəliblər. Qeyd edək ki, B.Nemtsoun qətli ilə bağlı 5 nəfər saxlanılıb. Onlardan 3 nəfər dünən tutulub. Öldürülməsi ilə dünyaya səs salan rusiyalı müxalifətçi lider Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərdən biri özünü partladıb. Nemtsov fevral ayının 27-də gecə saatlarında Moskvanın mərkəzində güllələnib. 4 güllə yarası ilə öldürülən müxalifətçinin yanında hadisə zamanı 23 yaşlı model Anna Duritskaya olub.