top of page

TƏLƏBƏLƏRƏ ŞAD XƏBƏR - Azərbaycanda ehtiyacı olan tələbələrin mənzil kirayəsi haqqını dövlətin ödəmə


Студентка

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ali, orta ixtisas və ümumtəhsil müəssisələrində "İnsan hüquqları"nın müstəqil fənn kimi tədris edilməsini təklif edib.

PressNews.Az xəbər verir ki, bu barədə Ombudsmanın 2014-cü il üçün hazırladığı illik hesabatda bildirilir.

Hesabatda həmçinin, uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsi, bununla yanaşı, valideyn və müəllim məsuliyyətinin artırılması, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi də tövsiyə olunub.

Bundan başqa, dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan ehtiyacı olan tələbələrin yataqxanalarda yerlə təmin edilməsi, bu mümkün olmadığı hallarda onlara mənzil kirayəsi haqqının ödənilməsi təklifi də irəli sürülüb.

bottom of page