top of page

Separatçılar Mariuopol istiqamətində hücuma keçib - VİDEO


975_1409904469_798977.jpeg

Ukrayna hərbçiləri Debaltsevonu tərk etdikdən sonra Şirokino qəsəbəsi Donbas regionunun ən qaynar nöqtəsinə çevrilib. PressNews.Az-ın verdiyi məlumata görə, qəsəbə Mariuopol şəhərinin 23 kilometrliyində yerləşir.

Donbasda hərbi əməliyyatlara nəzarət edən Anatoliy Stelmax bildirib ki, separatçılar bu yaşayış məntəqəsini davamlı atəş altında saxlayır: "Şirokino faktiki olaraq 24 saat ərzində gülləbaran edilir. Qəsəbə gün ərzində minaatanlardan 13 dəfə atəşə tutulub. Separatçılar tanklardan da istifadə edir". Xatırladaq ki, Minsk görüşündən iki gün əvvəl Ukrayna hərbçiləri Mariupol istiqamətindən separatçıların mövqelərinə hücuma keçiblər. Atəşkəs sazişi imzalandıqdan sonra qoşunlar geri çəkilməli olub.

Ukrayna hərbçilərindən ibarət "Azov" qrupu Şirokino ətrafında tank döyüşlərinin getdiyini təsdiqləyib. "Səhər saat 5-dən etibarən separatçılar Şirokino istiqamətində hücuma keçib. Onlar tanklardan və artilleriyadan istifadə edirlər. Şiddətli döyüşlər getsə də, biz öz mövqelərimizdə möhkəm dayanmışıq" deyə məlumatda bildirilir.

bottom of page