ABŞ-da casusluqda ittiham olunan Rusiya vətəndaşı saxlanıb.
PressNews.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, dünən Nyu Yorkda casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanıb.
Bu şəxsə qarşı iqtisadi casusluq və mənbələrin ötürülməsi ittihamları irəli sürülüb. Şübhəli bilinən şəxs, Evgeniy Buryakov Manhettenin federal məhkəməsinə aparılıb.
Prokurorun bildirdiyinə görə, casusluqda ittiham olunanlar arasında İqor Sporışev və Viktor Poddubnıy da yer alıblar. Lakin onlar diplomatik toxunulmazlıqla müdafiə olunur və ABŞ-da yaşamırlar.