ABŞ Dövlət katibi terrorçu qrupun tezliklə məhv ediləcəyəni bəyan edib.
“İraqda "İslam Dövləti" terror təşkilatı illər deyil, bir neçə ay ərzində məhv ediləcək.”
PressNews.Az-ın "SumariyaNews”-a istinadla verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
O, Vaşinqtonda konfransların birində çıxışı zamanı, tezliklə İraqda "İslam Dövləti" terror təşkilatının məhv ediləcəyini bəyan edib.
Con Kerri, həmçinin, İraqın yeni baş naziri Heydər əl-Abadinin ölkədə məzhəbçilik problemi ilə mübarizədə müvəffəqiyyətli addımlar atdığını vurğulayıb.
Xatırladaq ki, hazırda İraq ordusu orduya tabe könüllü briqadalar, kürdlərin “Peşmərgə” qüvvələri ölkənin 5 əyalətində “İslam Dövləti” terror təşkilatına qarşı hərbi əməliyyatlar aparır. Müttəfiqlərin aviazərbələrinin müşayiəti ilə həyata keçirilən hərbi əməliyyatlarda yay aylarında "İŞİD"in nəzarətə aldığı bölgələrin yarısı geri alınıb.