top of page

Xəzər dənizində suyun səviyyəsi 1 metr geri çəkildi

Xəzərə dənizinin suyunda enmə və qalxmalar müşahidə olunub. Artıq 2 ildir ki dəniz suyunda geriçəkilmə müşahidə olunur. Hazırda dəniz suyu 1 metr geri çəkilib. Bir qrup mütəxəsislər bu prosesi Xəzərdə suyun azalması kimi qiymətləndirir və bunu müxtəlif amillərlə bağlayırlar. Xüsusilə burada iqlim faktoru əsas rol oynayır, dəyişkənlik, tektonik amillərin də təsiri az deyil. Mütəxəssislərdən fərqli olaraq ekoloqlar dəniz suyunun azalması ilə bağlı fikirlərlə razılaşmır. Əksinə hesab edirlər ki, ildən ilə Xəzər dənizində suyun səviyyəsi artır. Hazırda dənizdə qeydə alınan bu mənzərə normal qəbul olunan təbiət hadisəsidir. Ekoloq Telman Zeynalovun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalması üçün daha bir neçə minillik keçməlidir. Ya da dənizin dibində böyük çat yaranmalıdır. Onun sözlərinə görə, bu isə reallıqdan uzaq olduğu üçün narahatlığa səbəb yoxdur. Çirkab suların da axıdıldığı dənizdəki vəziyyətə Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov da münasibət bildirdi. Qurum rəsmisi tez-tez olmasa da ayrı-ayrı illərdə sahilə yaxın ərazilərdə bir neçə dəfə suyun bu cür geri çəkildiyinin müşahidə olunduğunu deyir. Bir sözlə bu bir təbiət hadisəsidir. Xəzər dənizində suyun ən yüksək səviyyəsi 1995-ci ildə, ən aşağı səviyyə isə 1977-ci ildə qeydə alınıb.

ANS TV

bottom of page