"Taylandın paytaxtı Banqkokdakı barların birində şam edirdim. Yeməklərdən birini çox bəyəndim. Düşündüm ki, qızardılmış araxisdir. Amma sonradan dedilər ki, qarşımdakı qabda qızardılmış çəyirtkələr varmış. 100 qram qızardılmış çəyirtkə cəmi 121 kaloridir. Orqanizm üçün olduqca xeyirlidir".
Banqkokda yaşayan 29 yaşlı amerikalı Ceyson Brink o gündən bəri gündəlik rasionuna həşəratları daxil edib.
PressNews.Az WorldNews-a istinadən bildirir ki, Brinkin sözlərinə görə, həşəratlar mis, dəmir, maqnezium, marqs, selen, fosfor və sinklə zəngin olmaqla yanaşı, onların toxumaları və lifləri də orqanizm üçün xeyirlidir. "Üstəlik, həşəratlardan hazırlanmış qidalar əla zülal və protein mənbələridir. Həşəratları yeməyin sadə qaydası var: başlarını və ayaqlarını qoparıb atın. Bu minvalla həşəratları yemək məharətinə yiyələnərək entomofaq ola bilərsiniz", - Brink deyib.