Moskvada tanınmış erməni “qanuni oğru” Sergey Asatryan (Seryoqa Bentli) döyülüb. Hazırda o xəstəxanadadır. Döyülmə Sergey Asatryanın Moskvadakı avtosalonlardan birinə maraq göstərməsi ilə bağlı olub. Tezliklə ona Amin adlı dağıstanlı zəng edib və salonun “krışa”sı olduğunu deyib və məsələni həll etmək üçün Poklonnaya Qoraya dəvət edib. Hər ikisi dəstəsi ilə görüş yerinə gəlib. Söhbət alınmayıb. Döyüşdə dağıstanlılar qalib gəlib. Ən çox zərbə erməni “qanuni oğru”ya dəyib. Hazırda Seryoqa Bentli ağır zədələrlə xəstəxanaya düşüb. Sergey Asatryan tanınmış “qanuni oğru” Eduard Asatryanın oğludur, onun atası Ded Hasanın yaxın silahdaşı olub. (anspress.com)
top of page
bottom of page