top of page

“Sovetski”də “müharibə” gedir – FOTO

Göstəriş dərhal icra edilib.

Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri yenidən gərginliyə səbəb olub.

AzNews.az-ın verdiyi xəbərə istinadən, bu gün səhər saatlarında dövlət tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razılaşmayan bir neçə sakinin evinin sökülməsinə edilən cəhdlər sakinləri ayağa qaldırıb. “Sovetski” sakinlərinin saytımıza verdiyi məlumata görə, söküntü işlərini aparmaq istəyən şəxslərlə onlar arasında qarşıdurma yaranıb. Nəticədə əraziyə polis əməkdaşları çağırılıb.

Sakinlərlə danışıqlardan sonra məsələnin Yasamal Rayon İcra Hakimiyyətində yenidən müzakirə olunması barədə razılıq əldə edilib. Vətəndaşlar isə əraziyə yeridilmiş ekskavatorların və digər texnikanın çıxarılacağı təqdirdə danışıqlara gedəcəklərini bildiriblər.

Nəticədə söküntü işlərini aparan şəxslər texnikanı ərazidən çıxarmağa məcbur olublar.

Sakinlərin bildirdiyinə görə, əraziyə gələn icra nümayəndələri sakinlərin sularını kəsilməsi barədə göstəriş verib. Və bu göstəriş dərhal icra edilib. Hazırda həmin əraziyə gələn su xətləri kəsilərək yola buraxılıb.

Eyni zamanda kanalizasiya boruları da xətdən ayrılıb. Bununla da ərazidə dözülməz bir vəziyyət yaranıb.

Ərazidən çəkilmiş son söküntülərin fotolarını təqdim edirik:

1.jpg
2.jpg
3.jpg
5.jpg
6.jpg

bottom of page