top of page

İkinci qara dəlik tapıldı: Alimlər narahatdır

Rusiyanın şimalında yerləşən Yamal yarımadasında tapılan nəhəng qara dəliyin oxşarı tapılıb. Axar.az xəbər verir ki, iki həftə əvvəl internetdə təxminən 80 metr genişliyində nəhəng bir dəliyin görüntüləri paylaşılsa da çox keçmədiki onun oxşarı tapıldı. Qeyd edək ki, yeni tapılan dəlik əvvəlki ilə müqayisədə xeyli kiçikdir. 15 metr genişliyində olan dəliyin içində qar olduğu bildirilir. Xatırladaq ki, yerli camaatın bildirdiyinə görə, dəliyin meydana gəldiyi əraziyə 27 sentyabr 2013-ci ildə səmadan bir cisim düşüb.

İlk dəliyi araşdırmaq üçün bölgəyə gedən elm adamları və mütəxəssislər bunu qlobal istiləşmə ilə izah ediblər. Onların fikrincə həddindən artıq istilər yerin alt təbəqlərində qaz partlamalarına səbəb olur və buna görə də qara dəlik yaranır.

bottom of page