ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyə və Şimali Kiprdə yerləşən xristian mülkləri barədə qanun layihəsi qəbul edilib.
Axar.az xəbər verir ki, ABŞ Konqresində ötən həftə səsə qoyulması planlaşdırılan, ancaq Mosulda yaşanan böhran səbəbiylə qeyri-müəyyən bir tarixə təxirə salınan Türkiyədəki xristian mallarına dair 4347 saylı "Türkiyə Xristian kilsələrinin hesabat vermə Aktı" adlı qanun layihəsi erməni diasporunun təzyiqləri nəticəsində bu gün yenidən Konqresin gündəmində olub. Qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.
Komitə üzvlərinin əksəriyyəti layihəni dəstəkləyərkən, Demokrat Partiyasının Virciniya millət vəkili Qerald Konolli və Nyu York millət vəkili Qriqori Miks layihəni sərt dillə tənqid edib. Layihənin yazılma formasının ABŞ və NATO-nun müttəfiqi Türkiyə ilə olan dostluğunu əks etdirmədiyini qeyd edən Konolli Türkiyənin dini mülklərin qorunması istiqamətində atdığı müsbət addımların görməməzlikdən gəlindiyini söyləyib