"İraq Şam İslam Dövləti" təşkilatı ələ keçirdiyi şəhərlərə gedən yolları minalayır.
Bağdad rəhbərliyi İŞİD qarşısında çarəsiz qaldığı halda, vəhabilərə ən böyük əngəl İraq Regional Kürd Rəhbərliyi sayılır.
Peşmərgələr İŞİD-ə qarşı mübarizə aparacaqlarını, geri addım atmayacaqlarını bildirirlər. Onlar Bağdad rəhbərliyinin İŞİD-ə İraqda qırğınlar törətməyə icazə verdiylərini söyləyirlər.
İraq Kürd Rəhbərliyinin bildirdiyinə görə, İraq ordusu qaçmaqla bütün silah-sürsatları İŞİD-ə buraxıb və işğala bir növ yardımçı olub. Həmçinin qeyd edilir ki, kürd rəhbərliyi ordunun silahlarını ələ keçirməsəydi, İŞİD götürəcəkdi və bu da böyük qırğınlara səbəb olacaqdı